Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evdə müalicə alan “COVİD” xəstələri üçün həkim məsləhəti
Koronavirus, oksigen balonu, süni nəfəs aparatı

Covidə yoluxan xəstələr xəstəxanalarda boş ver tapmaqda çətinlik çəkirlər və bu səsəbdən evdə müalicə almağa məcbur qalırlar. Lakin bəzi hallarda evdə müalicəsini davam etdirən zaman vəziyyəti pisləşən xəstələr olur. Həmin xəstələr həkim gələnə kimi nələrə əməl etməlidir? Hansı ilkin tibbi yardım göstərilməlidir ailə üzvləri tərəfindən?

Bizimyol.info-nun suallarını həkim Şahin Məmmədov cavablandırıb. O, bildirib ki, hər bir insan individualdır və bu yöntəmləri xəstələrə təklif zamanı israr etməyin.

“Evdə müalicə zamanı tənginəfəslik və boğulma halları olarsa təcili yardım çağırın, həkim gələnə qədər isə aşağıdakı məsləhətlərə əməl edə bilərsiniz:

1)Burunla nəfəsi 2-yə qədər sayaraq alın və 4-ə qədər sayacağınız müddətə ağızla, dodaqlarınızı qabağa uzatmaqla (sanki şamı üfürürsüz amma asta, sönməsini istəmirsiz) verin. Bu nəfəs vermənin sonunda müsbət təzyiq (PEEP) effekti yaratmaqla saturasiyanı qaldırır.

2) Stulda əyləşin, əllərinizi dizinizə qoyun, azca qabaq tərəfə əyilin. Ayaqüstə olmağa üstünlük verirsizsə stola əllərinizi qoymaqla qabaq tərəfə əyilsəniz tənəffüs nisbətən rahatlaşacaq.

Hər bir insan individualdır, bu yöntəmləri xəstələrə təklif zamanı israr etməyin. İnsan hansı pozada rahat nəfəs ala bilirsə, həmin pozanı seçsin.

Ama məlumat üçün deyim ki, ağciyərin oksigenləşməsi üçün ən pis poza arxası üstə uzanmış vəziyyətdir. Bu vəziyyətdə bəlğəm ifrazı da çətin olur.

Otağın temperaturunu aşağı edin, pəncərələri açın, oksigen verin (əlbəttə ki, varsa), arterial təzyiq yüksəlibsə təzyiq dərmanı verin”.

Həkimin sözlərinə görə, evdə müalicə alanlarda yaranan tənginəfəslik və boğulma hallarının 80% -nin səbəbi psixolojidir.

“Çoxunu müayinə etdikdə saturasiyanın əslində normal olduğu görülməkdədir. Həmçinin səbəb ciddi olduqda da bilmək lazımdır ki, panika, həyəcan daha da xəstənin pisləşməsinə səbəb olur. Xəstəni psixoloji sakitləşdirmək olduqca vacibdir. Adətən 103 həkimləri gələn kimi psixoloji rahatlaşma olur, yaxşılaşırlar, lazım gələrsə psixotrop pereparatlardan (morfin, droperidol, bəzən yüngül dozada trankvilizatorlar) istifadə edilməlidir. Təcili yardım həkimləri medikamentoz olaraq boğulması olan covid xəstəsini sakitləşdirmək istəyirlərs, morfin ilk seçim olmalıdır, çünkü o həm sedativdir, həm güclü ağrıkəsicidir, həm öskürək mərkəzini tormozlayır, həm arterial təzyiqi salmağa kömək edir, həm də ən əsası ağciyər hipertenziyasını götürür. Əlbəttə onu venaya ev şəraitində sürətli vurmaq məsləhət deyil. Bildiyiniz kimi histamin rilizini artırmaqla arterial təzyiqi çox sala bilir. Əzələyə vurduqda isə təsiri gec başlayır”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Masallı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »