“Gələn il devalvasiyanın olması üçün ciddi səbəblər var. Belə ki Azərbaycanın gəliləri azalıb, müharibəyə və pandemiyaya görə xərcləri isə xeyli artıb. Bu o deməkdir ki Dövlət Neft Fondunun valyuta ehtiyatlarının böyük hissəsi xərclənəcək”.
Bunu Bizimyol.info-ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.
Ekspert qeyd edib ki, dövlət valyuta ehtiyatları hesabına manatın səviyyəsini saxlamaqda davam edə bilər: “Amma manatın məzənnə sabitliyini saxlamaq üçün valyutanın xərclənməsi isə səmərəli deyil. Devalvasiya olsa bu işçilərin əmək haqqısına mənfi təsiri olacaq”.
Ramid İbrahimov