Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: "Qubadlıda bütün binalar dağıdılıb"
İlham Əliyev

“Xaricdə yaşayan ermənilər cinayət törədiblər. Bizim torpaqlarımızda xaricdə yaşayan erməniləri gətirib, məskunlaşdırıblar. Xanlıq qəsəbəsində azərbaycanlıların evlərini söküb, ondan sonra ermənilər üçün evlər tikiblər.

Bu da bizim qəhrəman əsgərlərimizin adları. Öz adlarını yazıblar bu evlərin üzərində. Biləsuvar, Şabran, Sabirabad, Şuşa, Oğuz.

Qanunsuz məskunlaşma budur. Bu da ermənilərin növbəti maşınları”.

“Report” xəbər verir ki, bu sözləri Qubadlı rayonunun Xanlıq kəndinə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Hər şeyi yenidən quracağıq, yolları da, bütün digər infrastruktur layihələrini yenidən quracağıq.

Dövlət başçısının videogörüntülərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

“Baxın, Qubadlı şəhərini nə günə qoyub düşmən. Bütün binalar dağıdılıb. Ancaq özləri üçün hərbi hissə tikiblər. Baxın, bu da Qubadlı şəhəri. Şəhərin girəcəyində ermənilər hərbi baza tikiblər.

Gün də çıxdı. Təbiət də bizi alqışlayır, salamlayır. Sahibləri gəlib bu torpağa.

Görün nə gündədir Qubadlı şəhəri. Nə günə qoyub düşmən bizim şəhərimizi”, - deyə dövlət başçısı əlavə edib.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »