Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan ordusunda qalmaqal: əsgər payını Rusiyada satırlar - Foto
İrəvanda Respublika meydanında mitinq

Sosial şəbəkələrdə yayılan bir xəbər Ermənistanda qalmaqal yaradıb. Xəbərə əlavə olunan foto erməni əsgərlərin ərzaq payının Rusiyada satılmasından xəbər verir.

Bizimyol.info xəbər verir ki, fotonu hamıdan əvvəl “Spitak Arch” “Telegram” kanalı paylaşıb. Şəklin Krasnoyarsk şəhərinin ərzaq mağazalarının birində çəkildiyi iddia olunur. Fotoda “Byazet” şirkətinin istehsalı olan basdırmanın vitrində yer alması gözə dəyir. Məsələnin maraqlı tərəfi odur ki, bağlamanın üzərində ermənicə kiçik hərflərlə “əsgər payı” yazılıb. Yan tərəfdə isə “satış üçün nəzərdə tutulmayıb” qeydi yer alıb.

Ermənistan ordusunda qalmaqal: əsgər payını Rusiyada satırlar

“Sputnik Armenia” məsələni araşdırmaq üçün Ermənistan Baş Prokurorluğuna müraciət edib. Prokurorluqdan bundan xəbərsiz olduqlarını bildiriblər. Dövlət qurumu məsələnin araşdırılacağına söz verib.

Ərzaq Təhlükəsizliyi Dövlət Xidmətindən “Sputnik Armenia”ya deyiblər ki, ölkə daxilində belə halla rastlaşmayıblar. Xidmətin mətbuat katibi Anuş Arutyunyan da araşdırma vədi verib.

“Byazet” şirkətinin direktor müavini Arutyun Krpeyan ordu üçün basdırma hazırladıqlarını etiraf edib. Amma onun sözlərinə görə, axırıncı dəfə belə hazırlıq 2018-ci ildə baş verib. Krpeyan o vaxtdan tenderdə iştirak etmədiklərini deyib.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
Son xəbərlər
Bütün xəbərlər »