Türkiyədə məhkəmə “Digitürk” kanalını 100 min lirə (təxminən 12.5 min dollar) cərimələyib.
Səbəb isə məşhur aktyor Kamal Sunalın fotolarından ailəsinin razılığı olmadan istifadə edilməsidir.
Bizimyol.info xəbər verir ki, məhkəmədə “Şaban”ın qızı Ezo, oğlu Əli və həyat yoldaşı Güldərən Sunal iddia qaldırıb. İddia telekanalın Kamal Sunalın filmlərini HD keyfiyyəti ilə yenidən efirə verəcəyi barədə icazəsiz reklam yayımladığı göstərilib. Reklam zamanı “Şaban”ın fotolarından, karikaturalardan istifadə olunub. Sunal ailəsi fotolardan icazəsiz istifadə ilə yanaşı, karikaturaların da aktyorun xatirəsinə hörmətsizlik olduğunu bildirib. Ailə iddia ərizəsində həm maddi, həm də mənəvi təzminat tələbi irəli sürüb.

“Digitürk” kanalı isə Kamal Sunala aid görüntülərin reklam kampaniyaları üçün yox, “Şaban”ın baş rol ifaçısı olduğu filmlərin tanıtımı məqsədilə yayımladıqlarını bəyan edib. Telekanal vurğulayıb ki, bunun üçün icazə almağa ehtiyac yoxdur. Məhkəmə Sunal ailəsinin mənəvi təzminat tələbini rədd edib. Ailəyə 100 min lirə maddi təzminat ödənilməsinə qərar verilib.