Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın kortejini qar atəşinə tutdular - Video
Paşinyanın kortejini qar atəşinə tutdular - Video

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları səngimir.

Hökumət rəhbərinin vəziyyəti getdikcə ağırlaşır.

Bizimyol.info xəbər verir ki, aksiyalar dekabrın 23-də də davam edib. Bu dəfə Paşinyana fərqli etiraz edənlər tapılıb. Baş nazirin kortejini hökumət binasından çıxanda qar atəşinə tutublar. Ermənistan saytlarındakı videoda Paşinyanın və onu müşayiət edən avtomobillərin qartopu ilə necə vurulması görünür. Üstəlik, səsucaldıcı ilə “çıx get, satqın” qışqırırlar.

Videoda etirazçılardan birinin polislərlə qarşıdurması da gözə dəyir. Ona güc tətbiq edirlər, amma həbs olunmur.

Etirazçı polislərlə üz-üzə olanda da Paşinyanın əleyhinə şüarlar səsləndirməyi dayandırmır.

Son xəbərlər
Bütün xəbərlər »