Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan "daşnak"lara divan tutmağa başladı
İrəvanda Respublika meydanında mitinq

İrəvanda dünən keçirilmiş mitinqdən sonra hökumət hərəkətə gəlib. Dövlət çevrilişinə çağırış xarakteri daşıyan açıqlamaların ardınca hakimiyyət müxalifət qüvvələrini susdurmaq üçün real addımlar atmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İrəvanda Respublika meydanında keçirilən etiraz aksiyası zamanı Ermənistan İnqilab Federasiyası "Daşnaksutyun" partiyasının üzvü Qeqam Manukyan xəbər verib.

Qeqam Manukyan, "Daşnaksutyun" partiyasının üzvü Qeqam Manukyan, "Daşnaksutyun" partiyasının üzvü

"Dünənki mitinqdən sonra Ermənistan İnqilab Federasiyası "Daşnaksutyun" partiyası Ali Şurasının nümayəndəsi İşxan Saqatelyan istintaq orqanına çağırılıb və barəsində iş açılıb. Həmçinin Kacaryan və Gorus merləri də məsuliyyətə cəlb olunub. Amma Sünik (Zəngəzur - red.) təslim olmaq fikrində deyil. Onlar cəsur adamlardır - öz sərhədlərini və evlərini qorumaq fikrindədirlər",- deyə Manukyan bildirib.

Etirazçılar İran-Ermənistan yolunu bağlayıblar Qafanda etirazçılar İran-Ermənistan yolunu bağlayıblar

O, baş nazir Nikol Paşinyanın istefasını tələb edib: "Bizim təslim olmaq haqqımız yoxdur, biz Paşinyan istefa verməyincə mübarizə aparacağıq. Amma başa düşmək lazımdır ki, vaxtımız az qalıb. Ermənistanı xilas etmək istəyiriksə, tələsməliyik".

Xatırladaq ki, dünənki mitinqdə dövlət çevrilişinə çağırış sayıla biləcək bəyanatlar səsləndirilib. Müxalifət hökumət binasını blokadaya almağa çağırış edib.

Qeyd edək ki, sabah hökumətin iclası keçiriləcək və bur gün yenidən müxalifət hamını sabah saat 10-da mitinqə gəlməyə və hökumət binasını blokadaya almağa çağırıb. Həmçinin müxalifət vətəndaş itaətsizliyi aksiyaına da start verib.

Nikol Paşinyan Nikol Paşinyan

"Daşnaksutyun" partiyası bəyan edib ki, onlar binanı tamamilə mühasirəyə almağı planlaşdırırlar: "Bütün giriş və çıxışlar bağlanmalıdır. Qələbəmizə hər kəs öz töhfəsini verməlidir. Bizim oturaq tətilimiz davam edir, burada qalacağıq. Sabah hamını meydanda gözləyirik - hazırkı hakimiyyəti devirmək üçün bu, vacib addımlardan biridir".

Hökumət isə dövlət çevrilişinə çağırış edənləri məsuliyyətə cəlb etməyə başlayıb. "Aradan götürülənlər"in əksəriyyəti Ermənistan İnqilab Federasiyası "Daşnaksutyun" partiyasının üzvləri və rəhbər şəxsləridir.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Açıq-gizli Şuşa mesajları
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
Son xəbərlər
Bütün xəbərlər »