Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclis komitələrinin birgə iclasında “Siyasi Partiyalar Haqqında” qanuna dəyişikliklər müzakirə edilib
Milli Məclis

Dekabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda birgə iclası keçirilib.

İclası açan Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli əvvəlcə iclas iştirakçılarını Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda Müzəffər Ordumuzun 44 günlük savaşdakı möhtəşəm qələbəsi münasibəti ilə təbrik edib. Vitse-spiker bu zəfərin Prezident, Ali Baş Komandan İlham Əliyevin atdığı uğurlu diplomatik addımların nəticəsi olduğunu deyib. Fəzail İbrahimli bu qələbəni həm də dünyanın müxtəlif ölkələrindəki erməni lobbisi və erməmi təəssübkeşliyi üzərində Azərbaycanın qalibiyyəti, haqqın, ədalətin zəfər çalması kimi dəyərləndirib.

Sonra onlayn iclasda “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədə təklif edilən dəyişikliklərin mahiyyəti barədə danışıb. Qeyd edilib ki, qanunun “Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması” adlanan 17-1-ci maddəsinə dəyişikliklər təklif olunur. Əli Hüseynli vurğulayıb ki, siyasi partiyaların maliyyələşməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Qanunun hazırda qüvvədə olan mətnində “dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizinin siyasi partiyalar tərəfindən irəli sürülən, etibarlı səslərin azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan həmin partiyalar arasında proporsional olaraq bölündüyü” qeyd olunub. Bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün təklif olunan yeni dəyişiklikdə həmin məbləğ 10 faizdən 5 faizə endirilir. Məbləğin digər 5 faizi isə təkrar və əlavə seçkilərdə qələbə qazanan deputatların partiya mənsubiyyətinin yaranması ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara ayrılır.

Təklif olunan dəyişikliklərdə qanunun tətbiqi zamanı yarana biləcək vəsait çatışmazlığının aradan qaldırılması mexanizmləri, siyasi partiyaları təmsil edən deputatların saylarının artması və azalması, Milli Məclisdə yeni siyasi partiyaların təmsil olunması hallarında vəsaitin hesablanma tarixi əksini tapıb. Dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdiyi zaman həmin vəsaitin dövlət büdcəsinə qaytarılması yox, Milli Məclisdə təmsil olunan partiyalar arasında dördüncü rübün sonunda bərabər olaraq bölünməsi nəzərdə tutulub.

Onlayn iclasda millət vəkillərindən Ceyhun Məmmədov, Anar İsgəndərov, Sahib Alıyev çıxış edərək müzakirə edilən qanun layihəsi bağlı fikirlərini bildiriblər. Yeni dəyişikliklərin dövlətlə siyasi partiyalar arasında əlaqələrin gücləndirlməsində, siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsində mühüm rol oynayacağı vurğulanıb.

Müzakirələrin sonunda qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

Onlayn toplantıda hər iki komitənin üzvləri olan deputatlar iştirak ediblər.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Vətən müharibəsinin qazisi icra başçısından və nazirlikdən şikayətçidir - Video
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
Son xəbərlər
Bütün xəbərlər »