Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN başçısı: "İşğaldan azad olunmuş ərazilərin bərpası, vətəndaşların normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılacaq"
Ceyhun Bayramov

“İşğaldan azad edilmiş bölgələrdə bu gün biz artıq konkret layihələrin, o cümlədən multimodal tranzit layihələri və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlamışıq”.

APA-nın məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış” mövzusunda videokonfrans formatında keçirilən iclasında deyib.

Xarici işlər naziri bildirib ki, işğaldan azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılacaq: “Məlum olduğu kimi, Prezidentin ehtiyat fondundan ayrılmış müvafiq vəsait hesabına Füzuli-Şuşa avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolunun tikintisinə artıq başlanıb. İnanırıq ki, bütün bu və gələcəkdə həyata keçiriləcək layihələr bölgəyə yeni nəfəs gətirəcək. Bərpa və yenidənqurma işlərində, eləcə də öz evlərinə geri qayıdan məcburi köçkünlərə humanitar yardımın göstərilməsi məsələlərində ölkəmiz bölgədəki sülh və sabitliyə töhfə vermək niyyətində olan bütün aidiyyəti təşkilatlar, o cümlədən BMT-nin müvafiq qurumları, habelə ayrı-ayrı dövlətlərlə işləməyə hazırdır. Biz yalnız müştərək əzmkarlıq, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı olan beynəlxalq öhdəliklərə qarşılıqlı şəkildə tam əməl etməklə dinc, təhlükəsiz və firavan gələcəyə nail ola bilərik”.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »