Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda sahibkarlara və şirkətlərə güzəştlərin tətbiqi təklif edilir - Deputatlardan açıqlamalar
Qarabağ

Ermənistanın işğalçılıq siyasəti nəticəsində mülki əhali ilə yanaşı ərazilərə də ziyan dəyib. Yaşayış məntəqələri dağıdılıb, infrastruktur məhv edilib, dini və tarixi abidələr dağdılıb.

Bizimyol.info xəbər verir ki, Qarabağın işğaldan azad edilməsindən sonra burada təhlükə yaradan bütün problemlərin aradan qaldırılması məsələsi ilə yanaşı bölgə iqtisadiyyatının yenidən qurulması üçün planların hazırlanması ictimaiyyətin diqqət mərkəzindədir.

Milli Məclisin Füzuli rayonundan deputatı Vüqar Bayramov bildirib ki, işğaldan azad olunan rayonlarımızın iqtisadi və sosial inkişafı üzrə konsepsiyanın hazırlanması başa çatmaqdadır: “Bütövlükdə, işğaldan azad olunan rayonlarımızın inkişafı üçün həm o ərazilərimizdə məskunlaşacaq sakinlərimiz, həm də sahibkarlar üçün xüsusi güzəştlərin nəzərdə tutulmasına ehtiyac var. Sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi və eləcə aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi məqsədəuyğundur. Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər.

Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün maliyyə resurslarına əlçatanlığın əsas çətinliklərdən biri olduğunu nəzərə alsaq yeni girov mexanizmi ilə aşağı faizli kredit təklifinin artırılmasına ehtiyac var”.

Milli Məclisin Cəbrayıl rayonundan deputatı Ceyhun Məmmədov bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə qısa zamanda həyatın öz axarına qayıtması üçün dövlət tərəfindən zəruri addımlar atılır: “Bu gün qarşıda duran əsas vəzifələrdən biri burada qısa müddətdə bərpa işlərinə başlanılmasıdır. Artıq müxtəlif dövlət qurumları ayrı-ayrı sahələr üzrə zəruri işləri həyata keçirirlər. Bölgədə yeni yolların salınması işlərinə başlanılıb. Ancaq qarşıda hələ çox iş durur. Qısa müddətdə burada zəruri infrastruktur yaradılmalı, məskunlaşdırma siyasəti həyata keçirilməlidir.

Eyni zamanda, bütün bu işlərin həyata keçirilməsi üçün böyük maliyyə vəsaitinə və ciddi səylərə ehtiyac var. Ancaq Azərbaycan hökumətinin bu işləri görmək üçün kifayət qədər potensialı, imkanları və təcrübəsi var. Qısa müddətdə bütün layihələr uğurla icra olunacaq”.

C.Məmmədov hesab edir ki, Qarabağda həyata keçiriləcək təmir-bərpa işlərində dövlət qurumları ilə yanaşı, özəl sektor və vətəndaşlar da fəal iştirak etməlidirlər: “Hər bir ölkə vətəndaşı bu quruculuq və abadlaıq işlərinə öz töhfəsini verməyə çalışmalıdır. Bu bir tarixi missiyadır. Dövlət də bunun üçün zəruri şərait yaratmalıdır.

Məlum olduğu kimi, bölgənin iş adamları üçün daha cazib hala gətirilməsi ilə bağlı müxtəlif təkliflər var. Mən də düşünürəm ki, bölgəyə marağın daha da artırılması üçün sahibkarlar müəyyən vergi güzəştlərinin tətbiq edilməsi məsələsi nəzərdən keçirilə bilər.

Məlum olduğu kimi, bölgənin həm kənd təsərrüfatı, həm sənaye, həm də turizm potensialı çox yüksəkdir. Burada yeni istehsal və emal sahələri yarada bilərik ki bu da regionun qısa müddətdə inkişafına, çoxlu sayda insanın işlə təmni olunmasına ciddi töhfə verə bilər.

Bu imkanlardan tezliklə geniş yararlanmaq lazımdır. Hazırda əsas məqsədlərdən biri də sahibkarların bu bölgəyə investisiya yatırması üçün zəruri addımların atılmasıdır. Belə olduğu təqdirdə əsas yük təkcə dövlətin üzərinə düşməz. Hər kəs bölgənin inkişafına öz töhfəsini vermiş olar və qısa müddətdə daha böyük işlər görə bilərik”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »