Qarabağda uğursuzluq Ermənistan cəmiyyətini inanılmaz dərəcədə sarsıdıb.
Hiss olunur ki, Azərbaycan ordusunun işğala görə qonşu dövləti belə cəzalandıracağı gözlənilmirmiş.
Bizimyol.info xəbər verir ki, Ermənistandakı sorğular cəmiyyətin bərbad gündə olduğunu göstərir. Sakinlər ölkənin gələcəyi ilə bağlı nikbin deyillər.
Növbəti sorğunu “Sputnik Armenia” keçirməyə başlayıb. Respondentlərdən sonuncu Qarabağ toqquşmasından sonra nə hiss etdikləri soruşulub. Məğlubiyyətin xalqda daha çox qəzəb, ruh düşkünlüyü və ümidsizlik yaratdığı ortaya çıxıb.
Sorğuda iştirak edənlərin 26 faizi qəzəblidir. Onlar həm də hakimiyyətə - baş nazir Nikol Paşinyana fərsizliyini bağışlaya bilmirlər.

Respondetlərin 19.8 faizi ruh düşkünlüyü hiss edir. Ümidsizlik (16.7), eyforiya (15.8), gücsüzlük (13), laqeydlik (8.7) emosiyaları sonrakı yerləri tutur.