Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda Azərbaycanın hücumuna hazırlıq gedir
Yerevan, İrəvan, Ermənistan

Ermənistanda ağır və rüsvayçı məğlubiyyətin sindromu səngimək bilmir. Xalq hələ də düşünür ki, Azərbaycanın hədəfi Ermənistan torpaqlarına sahiblənməkdir.

Zəfər Paradı zamanı Prezident İlham Əliyevin Zəngəzur və İrəvan mahalının qədim Azərbaycan torpaqları olması barədə dedikləri "təhlükə sindromu"nu daha da gücləndirib.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Bakıda Zəfər Paradında Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Bakıda Zəfər Paradında

Ermənistanda formalaşmış ictimai rəyə əsasən, Azərbaycan hücum edərsə, Türkiyənin qorxusundan heç kim onları müdafiə edə bilməyəcək. Bu fikirlər hətta politoloqlar səviyyəsində də səsləndirilir.

Son vaxtlar sərhədlərin demarkasiyası zamanı baş verənlər isə Ermənistanda daha böyük ümidsizliyə səbəb olub. İllər uzunu Ermənistanda o qədər arxayınlıq yaranıb ki, Zəngəzur ("Sünik") istiqamətindən Azərbaycanın ərazilərində qəsəbələr salıb magistral yollar çəkiblər.

Qafanda ekskavatorla sərhəd xətti qazılır - Video Qafanda ekskavatorla sərhəd xətti qazılır

Ardınca məlum oldu ki, SSRİ vaxtında qüvvədə olan sərhədlər bərpa olunacaq və bu zaman bəzi yaşayış məskənləri və əsas yolların müəyyən hissələri Azərbaycana qaytarılacaq. İllər uzunu Rusiyaya arxayın olan Ermənistan xalqı rəsmi Mockvanın da bu məsələdə onları müdafiə edə bilmədiyini görüncə, daha böyük təhlükələrdən danışmağa başladılar.

Hətta baş nazir Nikol Paşinyan da demişdi ki, əgər Gorusda geri çəkilməsəydik, gərginlik yaranacaqdı və Azərbaycan Ermənistan ərazisinə daxil olacaqdı. Maraqlıdır ki, baş nazir bu fikirləri səsləndirərkən sanki, demək istəyib ki, Azərbaycan Ermənistan ərazilərinə daxil olarsa, Rusiya heç nə etməyəcək.

Nikol Paşinyan Nikol Paşinyan

Bundan sonra bir sıra politoloqlar artıq Ermənistan dövlətçiliyinin təhlükə altında olması barədə fikirlər səsləndirməyə başlayıblar.

Nəhayət, son olaraq İrəvan şəhərində hava və raket hücumlarından qorunmaq üçün sığınacaqların vəziyyəti gündəmə gəlib. İrəvanın 12 inzibati rayonunda sığınacaqlarla bağlı müzakirələr başlayıb. Bu vaxta qədər bu mövzuda heç bir narahatlıq keçirməyən İrəvan sakinləri artıq hücum zamanı harada gizlənəcəklərini düşünməyə başlayıblar.

Belə qərara gəlinib ki, çoxmərtəbəli binaların zirzəmiləri və qapalı avtomobil dayanacaqları sığınacaq kimi istifadə oluna bilər.

Bu barədə açıqlamanı İrəvan merinin müavini Qraçya Sarkisyan şəhərin Ağsaqqallar Şurasının iclasında səsləndirib. O bildirib ki, zirzəmi sahələri sığınacaq kimi istifadə edilə bilər.

"İrəvanda 4622 çoxmərtəbəli bina var, amma heç də hamısının zirzəmisi yoxdur. Paytaxtda anbarlar da var, sığınacaqlar da. Zirzəmilər adətən, anbar kimi istifadə olunur. Kentron rayonunda bu işlərin təşkili asan olacaq, burada çoxmərtəbəli binaların zirzəmiləri və avtomobil dayanacaqları sığınacaq kimi istifadə olunacaq. Döyüşlərin getdiyi müddətdə bu mövzuda müxtəlif problemlər yaranmışdı",- deyə Sarkisyan bildirib.

Parkinq Foto: Pixabay.com

Bu mövzuda açıqlama verən İrəvan meri Ayk Marutyan isə bildirib ki, çoxmərtəbəli binaların zirzəmiləri ilə bağlı problemlər 1-2 gün ərzində həll oluna bilməz.

"Əslində sakinlər özləri zirzəmiləri boş saxlamalıdırlar. Amma onlar o zirzəmiləri ələ keçirib bağlayıblar. Bu zirzəmiləri boşaltmaq üçün bir il də kifayət deyil. Bizim bu zirzəmiləri məcburi qaydada boşaltdırmaq üçün təsir imkanlarımız yoxdur",- deyə mer bildirib.

Paylaş »
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
Son xəbərlər
Bütün xəbərlər »