Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Ya köləliyimizdən pul qazanacağıq, ya da intellektimizdən
Rəşad Həsənov

“Dönüş nöqtəsindəyik. Ya Nigeriya olub 2 əsrlik geridəqalmışlığı yaşayacağıq, yada İsrail olub dünyaya Nou-hau satacağıq”.

Bu fikirləri iqtisadçı Rəşad Həsənov səsləndirib.

Ekspert tarixdə baş vermiş önəmli hadisələr və onlardan sonrakı dövrlərdə ucalan imperiyalar arasında paralellər gətirərək bildirib:

“Necə ki, 14-cü yüzillikdə vəba xəstəli, 15-ci yüzillikdə Gutenbergin yeni üsulla kitab çapı, 15-ci yüzilikdə Vasco da Gamanın yeni torpaqlara çıxışı, 20-ci yüzillikdə 2-ci dünya müharibəsi dünya üçün yeni dönəmlərin başlanğıcına səbəb oldu, düşünürəm ki, pandemiyada 21-ci yüzilliyin mühüm dönüm nöqtələrindən biri olacaq...

Azərbaycan üçün isə çağırışlar daha ciddidir: postneft, postişğal və postpandemiya...Hər üç faktora verilən reaksiya Azərbaycanın gələcək 50 bəlkə də 100 ildə inkişaf tempini və istiqamətini müəyyən edəcək. Hökumətin və cəmiyyətin, o cümlədən biznesin hansı yol xəritəsini izləməsindən asılı olaraq ya işıqlı günlər, yada zülmət gözləyir Azərbaycanı desəm yəqin ki, abartmış olmaram...

Ya Nigeriya olub 2 əsrlik geridəqalmışlığı yaşayacağıq, yada İsrail olub dünyaya Nou-hau satacağıq.

Ya pandemiyalara çarə axtaran ekosistem quracağıq, ya korona sözünün necə ifadə tələffüz olunmalı olduğunu araşdıran AMEA-nın ümidinə qalacağıq,

Ya Afrika olub öz insanımızın köləliyindən pul qazanmağa çalışacağıq, ya da ABŞ olub dünya insanın zəkasından,

Ya Norveç olub iqtisadiyyatımızı resurs gəlirlərindən qorumağın yollarının axtaracağıq, yada elə özümüz olaraq qalacağıq...

Və əlbətdə ki, TARİX 1 manatlıq taksi deyil və 20 yanvar dairəsində dayanıb bizi gözləməyəcək”.

İlhamə

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »