Bakı şəhəri 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın yeni videogörüntüsü yayılıb.
Bizimyol.info xəbər verir ki, məktəb direktoru saçına dövlət bayrağı sancaraq ət kəsməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə paylaşılan bu video müzakirələrə səbəb olub. Bildirilib ki, Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Pərviz Məhəmmədov başına bayraq bağladığı üçün universitetdən qovulmuşdu. Məktəb direktorunun da işdən qovulması təklif edilib.
Qeyd edək ki N. Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Həmçinin DİN tərəfindən Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib.

Milli Məclisin deputatı Etibar Əliyev bildirib ki, belə məktəb direktoru təcili vəzifəsindən azad olunmalıdır: "Pandemiyanın tüğyan etdiyi bir dövrdə məktəb direktorları və müəllimlər daha məsuliyyətli olmalıdırlar. Ancaq təəsüflər olsun ki, N. Məmmədova kimi məktəb direktoru bilərəkdən qaydaları pozmaqla saymamazlıq nümayiş etdirib".
Ramid İbrahimov