Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ölkənin səhiyyə sistemi bərbad gündədir”
Qulu Məhərrəmli

“Bu dəfəki virus dalğası bütün dünyada, o cümlədən bizdə də çox ağır keçir. Hələ də məsələyə ciddi yanaşmayanlar var, ölümlər artır, genofondumuz zədələnir”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri əməkdar jurnalist Qulu Məhərrəmli bildirib. Onun sözlərinə görə, əvvəldən yaxşı başlamış “TƏBİB” indi ümidləri doğrultmur, koordinasiya zəifləyib, xəstəxanaların, təcili yardım xidmətlərinin yükü artıb, həmin sahələrdə rüşvət çoxalıb.

“Aydın görünən budur ki, bizdə ayrı-ayrı bilikli və fədakar həkimlər olsa da, ümumən ölkənin səhiyyə sistemi bərbad gündədir, yoluxmuş xəstəyə gün ağlayacaq güvənli mexanizm yoxdur. Əvvəldən yaxşı başlamış “TƏBIB” indi ümidləri doğrultmur, koordinasiya zəifləyib, xəstəxanaların, təcili yardım xidmətlərinin yükü artıb, həmin sahələrdə rüşvət çoxalıb. Ən acınacaqlı vəziyyət dərman satışı sahəsindədir, bu sahəni monopoliyaya götürmüş işbazlar zəruri dərmanları əl altından satmaqla xalqın dərisini soyurlar. Mən imkansız adamların dərman sarıdan necə əziyyət çəkdiyini görürəm. Sanki mərhəmət hissi qeybə çəkilib. Ümid peyvəndə və hökumətin vəziyyətə dərhal təsirli müdaxiləsinədir”,-deyə bilirib.

Leyla Mirzə

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »