Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert nazirliyə etiraz etdi: “Valideynləri yoluxdurmaq istəyirsiz”
Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu Sosial şəbəkələr vasitəsilə Təhsil Nazirliyinə müraciət edərək etiraz səsini ucaldıb.

Onun narazılığı 9-cu sinif şagirdlərin imtahandan öncə ASAN xidmətə getmək məcburiyyətindəndir:

“Təhsil Nazirliyinə müraciət edirəm! Uşaqları və onların valideynlərini niyə virusa yoluxdurmaq istəyirsiz? Deməli, Nazirlik məktəblərə tapşırıb ki, 9-cu sinfin onlayn imtahanları üçün şagirdlər mütləq yeni nəsil şəxsiyyət vəsiqələri ilə qeydiyyatdan keçməlidirlər, çünki orada şəkil var. Bunu həll etməyin başqa yolu yoxdur?

Şəklin olması belə vacibdirsə, şagirdlər şəkillərini məktəblərə e-maillə göndərsinlər və ya məktəblərdəki şəxsi iş papkalarındakı şəkillərdən istifadə edilsin. Axı yeni növ şəxsiyyət vəsiqəsi üçün ASAN Xidmətə getmək lazımdır, orada da insanların sayı-hesabı yoxdur. Öncədən növbə götürmək üçün isə səhər saat 6-da qeydiyyata düşməlisən. Təhsil Nazirliyi koronavirusun geniş yayıldığı bu günlərdə valideynləri sıxlıq yaranan qapalı mərkəzə niyə göndərmək istəyir? Qoy bu zəhrimardan qurtaraq, sonra “prinsipialllığınızı” ortaya qoyarsınız. Əsl prinsipiallığa qaldıqda isə vurisa görə dərs keçilməyən ali təhsil ocaqlarının təhsil haqları məsələsində niyə bu qədər israrlı olmasıyla maraqlanın”,- deyə ekspert qeyd edib.

Təhsil Nazirliyindən hələlik məsələyə münasibət bildirilməyib.

İlhamə

Paylaş »
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› "İndi biz dinazovrın can verməsini müşahidə edirik"
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
››› “Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
››› Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir...
››› Bill Qeyts: “Dünya növbəti pandemiyaya hazır deyil”
››› Navalnının mənzilində axtarış aparıldı
Son xəbərlər
Bütün xəbərlər »