Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağdakı müharibə, pilotsuz aparatların tətbiqi Rusiya üçün də dərs oldu...”
Rus ordusu

Rusiya Suriyada döyüş pilotsuz aparatlarının məhv edilməsi üzrə “əla nəticələr” göstərib. Lakin bunu Qarabağda etmək mümkün olmayıb, səbəb isə pilotsuz aparatlara qarşı vasitələrin keyfiyyətində deyil, onları idarə edənlərdədir.

Virtualaz.org xəbər verir ki, bu haqda “Komsomolskaya Pravda” radiosunun efirində istefada olan polkovnik, hərbi ekspert Viktor Baranets deyib.

Xatırladaq ki, Azərbaycan ordusu Ermənistanın Rusiyadan aldığı və PUA-ları zərərsizləşdirmək üçün nəzərdə tutulan radioelektron mübarizə vasitələrinin əksəriyyətini kamikadze-dronlar və ya “Bayraktar” zərbə pilotsuz təyyarələri ilə məhv edib. Nəticədə Rusiya silahlarının, o cümlədən radioelektron mübarizə vasitələrinin effektivliyi barədə Ermənistanda və hərbi çevrələrdə ciddi suallar yaranıb.

Viktor Baranets deyir ki, Qarabağda radioelektron mübarizə vasitələrini Rusiya mütəxəssisləri deyil, erməni ordusunun zabitləri idarə edirdi. Və əgər mütəxəssis yoxdursa texnikanın mövcudluğunun özü heç nəyi dəyişmir.

“Hesab edirsiniz ki, biz Dağlıq Qarabağda ermənilərə görə döyüşməli idik? Radioelektron mübarizə vasitəsi ilə işləmək bir işdir, hədəfi fiziki olaraq vurmaq başqa işdir. Savadlı və təcrübəli mütəxəssislər olmasa texnikanın mövcudıuğu kömək etməyəcək, erməni ordusunda isə belə mütəxəssislər sadəcə olaraq yox idi”,-o deyib.

Polkovnik Baranetsin fikrincə Dağlıq Qarabağdakı müharibə Rusiya üçün də ciddi dərs olmalıdır. Çünki bu müharibə pilotsuz uçan aparatların və radioelektron mübarizə vasitələrinin müasir müharibə şərtlərində əhəmiyyətini göstərib. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi artıq müasir texniki vasitələrə, o cümlədən zərbə dronlarına qarşı etibarlı mübarizə aparmağa imkan verən yeni silahların işlənib hazırlanması ilə məşğul olur.

“Bizim üçün bu müharibə sabaha olan dərsdir, çox ciddi dərsdir. Və bizim aldığımız informasiyalara əsasən Rusiya Müdafiə Nazirliyi ciddi şəkildə bu məsələlərin həllinə girişib. Müdafiə Nazirliyinə uğurlar arzu edirik”,-Viktor Baranets əlavə edib.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »