Koronavirusa yoxulan insanların əksəriyyəti digər xüsusiyyətlərlə bərabər həm də iybilmə xüsusiyyətini itir.
Bizimyol.info xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, pediatr Nurəngiz Hacıyeva açıqlaması zamanı bildirib ki, “COVID-19”-un beynə daxil olması üçün qoxu bilmə epiteli hüceyrələrindən keçmə bacarığı var.
“İnsan təqribən on minə yaxın qoxunu seçmək qabiliyyətinə malikdir. Qoxlamaqla bizim ətraf mühitdən cəmi 2 faiz məlumat aldığımızı iddia edirlər, amma bu hiss orqanının insan üçün əhəmiyyəti danılmazdır. İybilmənin tam itirilməsi tibbdə anosmiya adlanır. Bu, nadir hallarda rast gəlinən patologiyadır. İybilmənin qismən itirilməsinə isə hiposmiya deyilir”.
Həkimin sözlərinə görə, Gorg Meyson Universitetində aparılan tədqiqata əsasən sübut edilib ki, “COVID-19” virusuna yoxulan zaman ağciyər zədələnmələri ilə yanaşı beynin zədələnməsi və qoxu bilmənin itməsi müşahidə edilir.
“Beyin zədələnməsi ”COVID-19”-a yoluxmuş insanlarda beyni müdafiə və mühafizə edən, yan təsirlərdən qoruyan baryerin (sədd) tamlığının pozulması ilə izah edilir. Nəticədə virus asanlıqla mərkəzi sinir sistemi neyronlarını zədələyir.
“COVID-19”-un beynə daxil olması üçün qoxu bilmə epiteli hüceyrələrindən keçmə xüsusiyyəti (bacarığı) var. Odur ki, “COVID-19”-a yoluxma zamanı daha çox qoxu bilmə qabiliyyəti itir. Virus orqanizmdən təmizləndikdən sonra bioloji baryer və qoxu bilmə qabiliyyəti bərpa olunur”,-deyə bildirib.
Leyla Mirzə