Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ad günü ərəfəsində işğaldan azad edilmiş torpaqlara səfər edib.
Bizimyol.info xəbər verir ki, dövlət başçısı bu gün Füzuli rayonunun Horadiz şəhərindən keçərək işğaldan azad edilmiş ərazilərə doğru gedib.Prezidentin avtomobil karvanının keçidini vətəndaş telefonun yaddaşına köçürüb.
Qeyd edək ki, Azərbaycan prezidenti ad günlərində, bayramlarda, əlamətdar günlərdə sosial müdafiəyə ehtiyacı olan insanlarla birlikdə olur, parklar, körpülər, yollar açır, müəssisələri, yeni iş yerlərini işə salır. Bu, ənənə halını alıb.
Ramid İbrahimov