Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadına qarşı soyğunçuluq edən şəxs tutulub - Video
Həbs

Binəqədi rayonunda qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyininin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində cari ilin oktyabr ayında qeydə alınan soyğunçuluq hadisəsini törədən şəxs saxlanılıb. Əməliyyat zamanı soyğunçuluq etməkdə şübhəli bilinən Elman Verdiyev tutularaq Polis Bölməsinə gətirilib.

Qeyd edək ki, E.Verdiyev hadisə günü S.S.Axundov küçəsində paytaxt sakini olan bir qadının dəyəri 1000 manat olan qızıl boyunbağısını dartıb ələ keçirərək hadisə yerindən qaçıb. Saxlanılan şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edərək taladığı boyunbağını qızıl qəbulu məntəqələrindən birində 400 manata satdığını qeyd edib.

Elman Verdiyev barəsində 5-ci Polis Bölməsində toplanan materialları Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »