Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2021-ci ilin büdcə zərfi plenar iclasa tövsiyə olunub
Milli Məclis

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2021-ci ilin Azərbaycan Respublikasının büdcəsi büdcə zərfi müzakirə olunub.

APA-nın məlumatına görə, büdcə zərfinə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” , "İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri daxildir.

Müzakirələrdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri və digər şəxslər iştirak edib.

2021-ci ilin büdcə zərfi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »