Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ"ın futbolçusu: "Koronavirusun bütün simptomları məndə var idi"
Qara Qarayev

"Artıq bir həftəyə yaxındır ki, Bakıdayam. Son testim mənfi oldu və dekabrın 17-si İstanbuldan qayıtdım".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Abbas Hüseynov deyib.

Koronavirusdan sağalan 25 yaşlı müdafiəçi xəstəliyin ilk günlərində özünü yaxşı hiss etmədiyini bildirib: "Dekabrın 1-də Türkiyədə test vermişdim. Harada və necə yoluxduğumu bilmirəm. Sadəcə ilk günlər bədənimdə və belimdə ağrılar hiss edirdim, temperaturum qalxmışdı. Demək olar ki, koronavirusla bağlı bütün simptomlar məndə var idi. Amma indi sağalmışam və özümü yaxşı hiss edirəm".

Hüseynov hələ ki fərdi şəkildə məşqlər etdiyini və sabah Premyer Liqanın XIII turunda "Zirə" ilə matçda oynaya bilməyəcəyini söyləyib.

Qeyd edək ki, Abbas Hüseynovun testi dekabrın 2-də Avropa Liqasının qrup mərhələsinin V turunda İsrailin "Makkabi" (Tel-Əviv) komandası ilə oyundan öncə müsbət olub. Müdafiəçi qarşılaşmadan əvvəl zədə ilə bağlı Türkiyədə reabilitasiya keçirdi. İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda baş tutan "Qarabağ" - "Makkabi" görüşü 1:1 hesabı ilə yekunlaşıb.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »