Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda müxalifət lideri Rusiyanı Zəngəzurda hərbi baza yerləşdirməyə çağırır
İrəvan, Ermənistan

Ermənistanda müxalif “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan Rusiyanı təcili olaraq Zəngəzurda (İndiki Sünik vilayəti) hərbi baza yerləşdirməyə çağırır. Marukyan bunu Qarabağdakı müharibədən sonra Azərbaycan ordusunun mövqelərinin “Sünik sərhədlərinə yolverilməz dərəcədə yaxın olması” ilə əsaslandırır.

O, bu günlərdə sərhədlərin demarkasiyasının aparıldığı Sünik vilayətinə gedib və orada baş verənləri izləyib. Siyasətçi deyib ki, Rusiya ilə yeni təhlükəsizlik müqaviləsi imzalanmalıdır və Sünik vilayətində Rusiya hərbi bazası yerləşdirilməlidir. Marukyan deyir ki, onun partiyası 44 günlük müharibədən sonra həm Ermənistan, həm region üçün yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasına, konkret olaraq Ermənistanla Rusiya arasında hərbi-siyasi əməkdaşlığın daha da dərinləşdirilməsinə çağırıb.

Erməni siyasətçi Sünik vilayətində Rusiya hərbi bazasının yerləşdirilməsinə dair təcili danışıqlara başlamağa çağırır. Onun fikrincə, Sünikdə yeni Rusiya hərbi bazasının mövcudluğu Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin daha effektiv və dinamik fəaliyyəti üçün dayaq rolunu oynayacaq. Digər tərəfdən “regionda sülhün və təhlükəsizliyin” qarantı olacaq.(virtualaz.org)

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »