Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şavkat Mirziyoyev Azərbaycan Prezidentini təbrik edib
İlham Əliyev

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizimyol.info xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən olduqca məmnunam.

Biz Sizi təcrübəli və bacarıqlı dövlət xadimi, Azərbaycan xalqının böyük sevgisini və etimadını qazanmış şanlı lider, beynəlxalq arenada ölkəsinin nüfuzunun hərtərəfli artırılmasına şərait yaradan görkəmli siyasi xadim, habelə Özbəkistanın zamanın sınağından çıxmış yaxın dostu kimi tanıyırıq və bunu yüksək qiymətləndiririk.

Bununla bərabər, icazə verin, Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması məsələsində Sizin səyləriniz sayəsində əldə olunmuş razılaşmaya görə Zati-alinizi bir daha təbrik edim. Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə və sənədlərinə müvafiq olaraq qəbul edilmiş bu çox mühüm qərarlar bütün Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün və davamlı inkişafın təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir.

Əminəm ki, qarşıdakı yüksək səviyyəli görüşlərin nəticəsində, habelə birgə səylərimiz sayəsində siyasi, ticari-iqtisadi, nəqliyyat, kommunikasiya, mədəni-humanitar sahələrdə bizim çoxplanlı münasibətlərimiz tamamilə yeni səviyyəyə yüksələcək.

Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm”.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »