Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin rejimində ad günü keçirən məktəb direktoru üzr istəyib
Nailə Məmmədova

Karantin rejimi vəziyyətində doğum günü keçirən Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova canlı yayımda üzr istəyib.

Bizimyol.info xəbər verir ki, məktəb direktoru ad günün sərt karantin rejimi dövründə keçirmədiyini bildirib.

“Qubadlının işğaldan azad olunmasını qeyd etmişik. Sadəcə bu mənim ad günüm ilə üst üstə düşüb. Əgər Qubadlının azad olunmasını qeyd etmək qəbahətdirsə hamıdan üzr istəyirəm”,-deyə N.Məmmədova bildirib.

Nailə Məmmədovanın qardaşı, İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədov da bacısının ad günü keçirmədiyini bildirmişdi.

Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı video materiallar yayılandan sonra

Daxili İşlər Nazirliyi araşdırma aparıb. Polis məktəb direktoru başda olmaqla məclisdə iştirak edən bir neçə nəfərə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə protokollar yazıb.

Ramid İbrahimov

Paylaş »
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
››› Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçiləri meyitləri aşkarlandı
Son xəbərlər
Bütün xəbərlər »