Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış jurnalist peyvənd olunduqdan sonra virusa yoluxdu
Peyvənd - Həkim iynə

Türkiyəli tanınmış jurnalist Kemal Öztürk peyvənd olunduqdan bir neçə gün sonra “COVİD-19”a yoluxub.

Bizimyol.info xəbər verir ki, jurnalistin peyvənd olunduqdan 3 gün sonra virusa yoluxması insanlar arasında panikaya səbəb olub.

Belə ki, peyvənd olunduğu halda Kemal Öztürkün virusa yoluxması insanlarda peyvəndə qarşı inamsızlıq yaradıb.

Jurnalist səhhəti ilə bağlı ətraflı açıqlama verərək əsassız məlumatların qarşısını almağa çalışıb.

Kemal Öztürk bildirib ki, birinci dozanı aldıqdan sonra virusa yoluxduğu üçün artıq ikinci peyvənd dozası vurulmayacaq.

Kemal Öztürk Kemal Öztürk

“Nəhayət epidemiya məni də tapdı. Son “Covid-19” testim müsbət çıxdı.

Vəziyyətim digər xəstələrdən bir az fərqlidir. Bildiyiniz kimi, mən könüllü olaraq peyvənd tədqiqatlarında iştirak etdim və peyvəndin ilk dozasını aldım. Bunu ictimaiyyətə elan etmişdim və irəliləyişləri də məlumat verəcəyimi bildirmişdim.

Buna görə vəziyyəti bir az izah etmək istərdim. “Covid” testimin müsbət çıxmasının vaksinlərlə bağlı mənfi fikir formalaşdırmağını istəmirəm.

Jurnalist dostlarımla peyvənd vurulmasına könüllü olaraq qoşulduq.

15 dekabr 2020-ci il tarixində virus testindən keçdim. Test mənfi nəticə göstərdi. Peyvənd işlərinə qatıla biləcəyimi söylədilər. 17 dekabrda peyvənd olundum.

İki gün heç bir əks təsirini görmədim. Üçüncü gün yüngül hərarət, baş və əzələ ağrısı hiss etməyə başladım. Ancaq həkimlərimiz bunun hansı səbəbdən baş verdiyini tam olaraq təyin edə bilmədilər.

Çubuq testi və qan testləri aparılmasına qərar verildi. 22 dekabrda Covid testim müsbət çıxdı. Ancaq qan dəyərlərimlə əlaqəli bir problem olmadığını söylədilər.

Fiziki olaraq da özümdə ciddi bir problem görmədim. Həkimlərimiz heç bir müdaxilə etməyəcəklərini, ancaq on gün evdə karantində olmağımı və səhhətimin çox yaxşı olduğunu söylədilər.

Birinci dozanı aldıqdan sonra virusa yoluxduğum üçün artıq ikinci peyvənd dozanı ala bilməyəcəm. Buna görə mən peyvənd işlərindən kənarlaşdırıldım”.

Xüsusi olaraq bu vəziyyətin "peyvəndin işləmədiyi" və "peyvəndlə virusa yoluxduğum" barədə şaiyələrə səbəb olmaması üçün bunları cəmiyyətə çatdırmaq istədim”,-deyə bildirib.

Jurnalist onuda qeyd edib ki, ilk dozadan bir müddət sonra virusa yoluxduğu üçün peyvəndin heç bir qoruma və ya yaxşılaşdırma etməsi gözlənilmirdi.

“Virus əleyhinə peyvəndin ikinci dozasından on dörd gün sonra onun nəticəsi gözlənilir. Başqa sözlə, peyvəndin ilk dozasından təxminən 28 gün sonra antitelin meydana gələcəyi və böyük ölçüdə qoruma təmin edəcəyi müəyyən edilmişdir.

Yalnız ilk dozadan bir müddət sonra virusa yoluxduğum üçün peyvəndin təbii olaraq heç bir qoruma və ya yaxşılaşdırma etməsi gözlənilmirdi

Bir daha vurğulamaq istərdim ki, peyvənd tədqiqatları xalqın sağlamlığı üçün həyati əhəmiyyətə malikdir”,-deyə vurğulayıb.

Leyla Mirzə

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »