Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Komitə sədri: “Azərbaycan qonşu ölkələr arasında ən az iqtisadi azalmaya məruz qalan dövlətdir”
Tahir Mirkişili

“Bütün problemlərə baxmayaraq, Azərbaycan 2020-ci ildə tarixi və möhtəşəm qələbəyə imza atıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, 44 gün ərzində Azərbaycanda xalq-iqtidar birliyi Vətən müharibəsinin qələbə ilə başa çatmasına səbəb oldu: “Bu qələbənin əldə olunmasında iqtisadi resursların da çox böyük rolu olub. Yalnız 2020-ci ilin fevral ayından etibarən iqtisadiyyatda ÜDM-də geriləmə müşahidə olunub. Azərbaycan qonşu ölkələr arasında ən az iqtisadi azalmaya məruz qalan ölkədir. Prezident İlham Əliyevin qəbul etdiyi iqtisadi paket dövlətin apardığı mühüm sosial siyasət olub. Dövlət büdcəsinin dürüstləməsində neftin orta qiyməti 35 dollar olsa da, artıq neftin qiymətinin artması müşahidə edilir. 2021-ci ilin dövlət büdcəsində də buna görə neftin bir barelinin qiymətinin 40 dollar götürülməsi məqsədə uyğun hesab edilib”.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »