Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2021-ci ilin Azərbaycan Respublikasının büdcəsi büdcə zərfinin müzakirəsi keçirilir.
APA-nın məlumatına görə, büdcə zərfinə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” , "İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri daxildir.
Müzakirələrdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, komitənin üzvləri və digər şəxslər iştirak edir.