Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bravo” Qubadlıdakı hərbçilərə sovqat apardı - Video
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçularımız üçün dəstək aksiyasına başlayıb - Fotolar

İşğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımıza dəstək aksiyası davam edir.

Bizimyol.info xəbər verir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən reallaşan aksiyanın növbəti ünvanı Qubadlı rayonu olub.

Dekabrın 22-də Qubadlı rayonuna səfər edərkən yolboyu qəhrəman döyüşçülərimiz tərəfindən azad edilən ərazilərdə erməni vəhşiliyinin izlərini bir daha gördük. Doğma yurdumuzun kəndlərində bir dənə də salamat ev qalmayıb. İllərdir bu torpaqlar öz sahiblərini gözləyirdi və artıq həmin gün gəlib. Tezliklə burada yeni-yeni evlər tikiləcək, şəhərlər, qəsəbələr, kəndlər yenidən öz firavan günlərinə qayıdacaq.

Qubadlının Xanlıq kəndində əsgərlərimizlə görüş zamanı onların simalarındakı təbəssüm, fəxarət açıq-aydın hiss edilirdi. Çünki onlar qalib ordunun əsgərləridir.

“Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri gətirdikləri bağlamaları hərbi qulluqçularımıza çatdırıb, həmçinin əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
Son xəbərlər
Bütün xəbərlər »