Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lionel Messi: "Futbolda rekord qıracağımı düşünməmişdim"
Messi

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Braziliyalı əfsanəvi futbolçu Pelenin rekordunu qırmasına münasibət bildirib.

"Report"un məlumatına görə, 33 yaşlı hücumçu şəxsi instaqram hesabından paylaşım edib.

Argentinalı oyunçu illər ərzində ona dəstək olan hər kəsə təşəkkür etdiyini yazıb: "Futbol oynamağa başlayanda heç vaxt rekord qıracağımı düşünməmişəm. Daha əvvəlki rekord Peleyə məxsus idi. Dostlarıma, ailəmə və məni dəstəkləyən hər kəsə minnətdaram".

Qeyd edək ki, Lionel Messi La Liqanın XV turunda "Valyaddolid"i 3:0 hesabı ilə məğlub etdikləri matçda fərqlənib. Bu, onun Kataloniyta təmsilçisində 644-cü qolu olub. Argentinalı oyunçu bir klubda ən çox qol futbolçu ünvanına sahib olub. Braziliya yığmasının sabiq üzvü Pele "Santos"da 643 qol vurmuşdu.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Şəhid məzarlarını dağıdan məmurlar Ermənistanı sevindirdilər
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »