Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda Yeni İl bayramı keçirilməyəcək - Video
Ermənistanda Yeni İl bayramı keçirilməyəcək - Video

Ermənistan matəm içindədir. Qarabağ müharibəsi ölkəni çox sarsıdıb. Rəsmi rəqəmlər açıqlanmır, insanlar döyüşlərdə təxminən 8 min əsgərin öldüyünü danışırlar.

Bizimyol.info xəbər verir ki, ermənilər Yeni İl bayramı keçirməyi düşünmürlər. “Sputnik Armenia”nın İrəvandakı sorğusu belə deməyə əsas verir. Respondentlərin az qala hamısı belə fikirdə olmadığını söyləyib. Onların əksəri qısaca “xeyr” cavabı verib. İzah edənlər də tapılıb.

Gənc bir qız müharibədəki itkilərə görə belə davranacağını deyib. Onun fikrincə, indi bayram qeyd etmək döyüşlərdə həlak olanlara böyük hörmətsizlik deməkdir. Bənzər fikirlər az səslənməyib.

Ümumiyyətlə, sorğu ermənilərin bədbin ovqatda olduğunu ortaya qoyub.

Son xəbərlər
Bütün xəbərlər »