Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda etirazçılar hökumət evi binası qarşısında gecələyəcəklər
Ermənistan

Ermənistanın paytaxtı İrəvanda etirazçıların bir hissəsi hökumət binasının qarşısındakı Respublika meydanında gecələmək qərarına gəlib.

APA xəbər verir ki, bunu “Daşnaksutyun” partiyasının nümayəndəsi İşxan Sağatelyan bildirib.

“Gecəni meydanda keçirmək istəyənlər üçün şərait yaradılacaq. Sabah səhər Ermənistanın hər yerində kütləvi etiraz və tətillər davam edəcək. Tədbirlərimizi saat 16:00-a qədər davam etdirəcəyik. Saat 16:00-da böyük bir mitinq olacaq və biz də hamımız daha sərt və qəti tədbirlərə keçəcəyik”, - İ.Sağatelyan belə deyib.

Onun sözlərinə görə, etirazçılar Baş nazir Nikol Paşinyan istefa verməyincə meydanı tərk etməyəcəklər.

Bildirilirdi ki, etirazçılar Hökumət binasının qarşısında bir neçə çadır qurublar. Müxalifət tərəfdarları binanı mühasirəyə də alıblar. Daha sonra “Daşnaktsutyun” partiyasının nümayəndəsi Geqam Manukyan etirazçıların mühasirəni müvəqqəti olaraq götürdüyünü qeyd edib.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »