Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ömer Çelik: “Radikalizm Ermənistanı çökdürür”
Ömər Çelik

“Radikalizm, təcavüzkarlıq Ermənistanı açıq-aşkar çökdürür”.

APA-nın xəbərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik partiyanın növbəti toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın da qatıla biləcəyi platforma ilə regionda sülhü bərqərar etmək təklifini reallaşdırmanın mümkünlüyündən danışan Ö.Çelik deyib ki, bunun üçün Ermənistan təcavüzkarlıq planlarından əl çəkməlidir: “Hazırda bu istiqamətdə yaradılan mexanizm təkmilləşdirilir”.

AKP sözçüsü bildirib ki, Azərbaycanın özünə aid olan torpaqları yenidən geri alması Minsk Qrupunun tərkibində olan və olmayan bəzi ölkələrdə narahatlıq yaradıb: “Bu baxımdan Belçika Nümayəndələr Palatasının Qarabağ və Türkiyə ilə bağlı əssassız, qərəzli ittihamları qəbul edilən deyil. Fransa da bu məsələdə önəmli rol oynamaq istəyirsə, doğru olanı deməlidir”.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
Son xəbərlər
Bütün xəbərlər »