Zəngilanın işğalından sonra rayonun bəzi yaşayış məntəqələri, əlverişli yüksəkliklər Qafana verilmişdi.
Qarabağda məğlubiyyətdən sonra Azərbaycan Ermənistandan həmin torpaqları geri alır.

Bizimyol.info xəbər verir ki, bununla bağlı Qafanda böyük panika yaşanır. Torpaqların Azərbaycana qaytarılmasına görə etiraz aksiyaları keçirilir. Sakinlər bir çox kəndlərdən getməyə başlayıb.
“Çiçəklənən Ermənistan” partiyasının üzvü Naira Zöhrabyan Qafan rayonunun Çakaten kəndində sakinlərə evləri boşaltmaq barədə tapşırıq verildiyini təsdiqləyib. Onun sözlərinə görə, icmanın Azərbaycana qaytarılacağını deyiblər.

Sünik (Zəngəzur) vilayətinin qubernatoru Melikset Poqosyan məlumatı təkzib edib. O, sakinlərə belə şey söylənilmədiyini bildirib.