Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Apteklərdə yoxa çıxan dərmanlar “Qara bazar”da
Eyyub Hüseynov

Son günlərdə apteklər şəbəkəsində müşahidə olunan dərman çatışmazlığı ilə bağlı məsələlər cəmiyyətdə çoxsaylı suallara yol açıb.

Apteklərdə koronavirusun müalicəsində istifadə olunan dərmanlar tapılmır. Yoxa çıxan dərmanlar “Qara bazar”dadır. Bu bazarda isə qiymətlər reallıqdan çox uzaqdır, bahadır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info-ya bildirib ki tələb təklifi üstələyəndə işbazlar bundan istifadə edərək qiyməti artırırlar.

“Koronavirusla mübarizə üçün lazım olan dərmanlara tələbat artıb. Bazarın qaydasına görə tələb təklifi üstələyəndə çatışmazlıq və qiymət artımı yaranır, saxta məhsullar bazarda özünə yer tutar. Apteklərdə “tapılmayan” dərmanları baha qiymətə vasitəçilərlə tapılır.

Dövlət tərəfindən 10 mindən çox dərmanın qiyməti tənzimlənir. Biz hətta dövlət tərəfindən tənzimlənən dərmanların belə baha satıldığını görürük. Dərmanlar aptek şəbəkələrində olmur. Dərmanları həkimlər və tanış əczaçıları vasitəsilə baha qiymətə tapmaq mümkündür. Cəzalanmaqdan ehtiyat edən aptek şəbəkələri dövlət tərəfindən tənzimlənən dərmanları baha qiymətə satmaqdan qaçırlar. Dərman biznesilə məşğul olan işbazlar dərmanların baha qiymətə satmaqda davam edirlər”,-deyə E.Hüseynov bildirib.

Ekspert vurğulayıb ki tələb olunan dərmanlar apteklərə az miqdarda verilir: “Ölkəyə dərman gətirən şirkətlərin fəaliyyətində şəffaflıq yaradılmalıdır. Onların anbarında nə qədər dərman ehtiyatının olması barədə məlumat yoxdur. Müvafiq dövlət orqanları məsələyə aydınlıq gətirməlidir.

Əhalinin sağlamlığının təhlükəsizliyini qorumağa çalışdığl pandemiya vəziyyətindən işbazlar istifadə edirlər”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Şəhid məzarlarını dağıdan məmurlar Ermənistanı sevindirdilər
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »