Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçli ekspert: "Qarabağın işğal olunması dünya tərəfindən qəbul edilmədi"
Svante Kornell

Ermənistan Qarabağ hadisələrinə qarşı dünyanın necə davranacağını düzgün hesablamadı.

“Report” xəbər verir ki, bu barədə “GCRF-Compass” və ADA Universitetinin təşkil etdiyi onlayn müzakirələr zamanı isveçli tədqiqatçı, Cənubi Qafqaza dair ekspert Svante Kornel bildirib.

“Ermənistanda bir sıra səbəblərə görə, o cümlədən xristianlıq və mədəni amillərlə bağlı dünyanın rəğbətinə bel bağlamışdılar, bu da səhv idi. Onlar Qarabağın Ermənistan tərəfindən ilhaq olunmasını dünyada qəbul olunmadığını dərk edə bilmədilər. Ermənistana bu müharibəni davam etdirmək üçün kömək olmaq istəyən tapılmadı”, - deyən ekspert dünyada hamının başı öz işlərinə qarışmışdı: “Məsələn, ABŞ uzun müddətdir bu regiona elə bir maraq göstərmir. Rusiyaya gəlincə, Qarabağa girməyinə girib, amma bununla nə qazandığı, nə itirdiyi hələlik tam bəlli deyil”.

Ekspert xatırladıb ki, Azərbaycan və Türkiyə Ermənistanın işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmasını tələb edən BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini yerinə yetirməyi tələb etdiklərinə görə Qərb tərəfindən müəyyən tənələrə də məruz qalıblar: “Bəli, könül istər ki, Ermənistan bu qətnamələri müharibəsiz yerinə yetirsin, amma əfsuslar olsun ki, belə olmadı. Azərbaycan isə özünü regionun başlıca qüvvəsi və aktoru kimi doğrulda bildi. Fikrimcə, Azərbaycan bütün bu risqlərə və tənqidlərə baxmayaraq, Türkiyəyə yaxınlaşmaqda haqlıdır. Azərbaycan ən böyük dostunun məhz Türkiyə olduğunu düşünməkdə haqlıdır”.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »