Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arzu Nağıyev: Dünya İlham Əliyevin arxasında dayanan xalqın sevgisini gördü
Ilham - Mehriban

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son 17 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu oldu.

Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin edib. Ötən 17 ildə bütün digər istiqamətlərdə olduğu kimi, müasir ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasına daxil oldu.

Bizimyolinfo-nun müsahibi Deputat Arzu Nağıyev Azərbaycan Prezidentinin qələbəmizdəki əvəzsiz rolu və bu qələbənin əsl səbəbkarı olması barədə danışdı.

Arzu Nağıyev Arzu Nağıyev

“Hesab edirəm ki , 44 günlük Vətən müharibəsində qələbənin əsasını Ali Baş Komandanın düzgün idarəçiliyi, güclü ordumuz və xalq- prezident birliyi təşkil etdi.Cənab Prezident İlham Əliyevin Ali Baş Komandan kimi xüsusi rolu danılmazdır. Çünki, müharibə yalnız səngərdə aparılmır. Diplomatiya, informasiya sahəsində də gərgin iş tələb edir ki, məhz bunların da öhdəsindən cənab Prezident böyük uğurla gələ bildi. Biz onun peşəkar diplomatik addımlarının, uğurlu hərbi strategiyasının verdiyibəhrəni hamılıqla gördük. Eyni zamanda müharibəyə qədər onun keçirdiyi islahatlar, hərbi kadr potensialının yetişdirilməsini mütləq qeyd etmək lazımdır. 44 günlük müharibəyə uzun bir hazırlıq dövrü keçirilmişdi. Ölkəmiz iqtisadi güz qazanmış,özünü layiqli siyasi tərəfdaş kimi sübut etmişdi. Vaxtilə aparılan iqtisadi islahatlar qələbəmizin əsasını qoydu. Ölkə başçısının informasiya cəbhəsindəki rolunu da qeyd etmək lazımdır. Onun xarici mediaya verdiyi ardıcıl müsahibələr, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, bizim haqq mübarizəsi aparmağımız və bu yoldan dönməyəcəyimizi deməsi, eyni zamanda erməni xalqına yönəltdiyi mesajlar da Azərbaycan barədə yaranmış yanlış təsəvvürləri darmadağın etdi.

Müharibədən sonra, işğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq işlərinin planının açıqlanması onu deməyə əsas verir ki, çox yaxın zamanda düşmənin xarabaya çevirdiyi Qarabağı Azərbaycan dövləti yenidən cənnətə çevirəcək. Şəhid və qazi ailələrinə göstərilən qayğı müharibə və ondan sonrakı dövr üçün bütün işlərin ən yüksək səviyyədə təşkilindən xəbər verir. Azərbaycan prezidentinin “Qarabağ Azərbaycandır!” prinsipindən çıxış edərək xaqlı ruhlandırması, hamımızı bir yumruq kimi birləşdirməsi qələbənin ələ edilməsinin rəhni oldu və bu qələbə əslində milli birliyimizin qələbəsidir. Azərbaycan bu müharibəylə eyni zamanda dünyaya humanizm dərsi verdi və Azərbaycan Prezidentinin humanizminə hətta düşmən tərəf də heyran qaldı.

Dünən yəqin gördünüz. Sosial şəbəkələrdə bir çarx yayımlandı, erməni əsgərlərin anaları İlham Əliyevin onlara kömək edəcəyinə inanırlar, ondan kömək istəyirlər. Bəli, düşmən də olsa, o anadır. Məlum oldu ki sadə ermənilər artıq həqiqəti dərk ediblər. Öz ölkələrinin rəhbərliyinin idarə qabiliyyətinin olmamasından yorularaq Azərbaycan Prezidentinə üz tuturlar. Bu əslində çox ciddi məsələdir. Hətta düşmən belə xilaskar kimi öz liderini yox, Azərbaycan Prezidentini görür. Bu müddət ərzində Azərbaycan barədə yalan yanlış qaralama kampaniyaları aparan, bizim əleyhimizə çalışan bir çox nüfuzlu media orqanları da artıq başa düşdülər ki, həqiqət həqiqətdir, onu gizlətmək olmaz. Bir daha gördülər ki, Azərbaycan xalqı öz prezidentinin arxasındadır. Xaql- ordu, Prezident birliyi var. Bu gücü görməmək, onu danmaq olmazdı.Məqsədindən, məramından asılı olmayaraq hamı gördü ki, Azərbaycanın tək niyyəti işğal altındakı torpaqlarını azad etmək, öz torpaqlarının suverenliyini bəra etməkdir. 300 ildən bəri torpaq itirərək gələn bir millətə qələbə sevincini, torpaqlarını geri almaq şərəfini İlham Əliyev yaşatdı.Qalib bir komandanla isə başqa cür danışmaq mümkün deyil. Çünki fakt faktdır”,- deyə deputat qeyd edib.

Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Prezident İlham Əliyev isə bu gücə söykənərək, xalqın inam və etimadını istinad nöqtəsi olaraq dəyərləndirmiş, qəbul etdiyi bütün taleyüklü qərarlarda yalnız xalqın mənafeyini rəhbər tutur. İlham Əliyevin idarəçiliyi altında Azərbaycan yeni dünya reallığı yaratdı və bu reallıq fonunda dünya Asiya ilə Avropanın qovşağında yeni bir günəşin doğuşunu müşahidə edir. Dostlar sevinir, düşmənlər həsəd aparır, Azərbaycan bir ürək olub öz Prezidenti ilə işıqlı sabahlara doğru yol alıb.

İlhamə Rəsulova

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »