Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrükçülər gizlədilərək ölkəyə gətirilən mobil telefon və dərmanlar aşkarlayıblar
Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların, dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə DGK-in mətbuat xidməti məlumat verib.

Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri "DAF" markalı yük avtomobilləri saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 3 ədəd "İphone 11 Pro Max", 9 ədəd "İphone 11 Pro Max Midnight Green 64 GB", 2 ədəd "İphone 11 Pro Max Midnight Green 256 GB", 1 ədəd "İphone 11 Pro Max 64 GB", 1 ədəd "İphone X Space Grey 256 GB" markalı mobil telefonlar və bu telefonlara aid boş qutular, 250 ampul isə dərman vasitələri aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Azərbaycanda daha bir vəkil vəfat edib
››› Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Vətən müharibəsinin qazisi icra başçısından və nazirlikdən şikayətçidir - Video
Son xəbərlər
Bütün xəbərlər »