Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hazırda qazilərin və şəhid ailələrinin daha çox psixoloji yardıma ehtiyacı var” - Psixoloq
Aygün Ağabalayeva

44 günlük Vətən müharibəsinin qələbəmizlə son çatmasından dolayı sevincliyik. Lakin qəbul etmək lazımdır ki, müharibə iştirakçılarının problemləri yalnız fiziki yaralarla yekunlaşmır. Məsələn şəhidlik zirvəsinə ucalan qəhrəmanların acısı, qazilərimizin fiziki məhdudiyyətləri, ailələrinin hazırki durumu hər birimizi düşündürür.

Bizimyol.info-ya açıqlama verən psixoloq Aygün Ağabalayeva bildirib ki, şəhid ailələrinə və qazilərə kompleks psixoloji yardım göstərilməlidir.

“Müharibədə müxtəlif yaş qrupundan olan qəhrəman hərbçilərimiz iştirak etdi. Onlar müharibədə gördüklərindən və yaşadıqlarından sonra uzun müddət həyata adaptasiya ola bilmirlər. İnsanlar yaşadıqları stresi, travmanı uzun müddət unuda bilmirlər. Sanki o anları yenidən yaşadıqları kimi fikirlərindən keçirirlər. Bu da onlara bügünki həyatını yaşamağa imkan vermir. Bunun qarşısı alınmasa, bu depressiv vəziyyətə gətirib çıxarır”,-deyə psixoloq bildirib.

A.Ağabalayeva təklif edib ki, bu problemin həlli ilə bağlı bütün psixoloq mərkəzləri və psixoloqlar çalışmalıdır: “Mən özüm şəhid ailələri və qazilərlə işləyirəm. Əməkdaşı olduğum mərkəzin uşaq psixoloqları şəhidlərin övladları ilə işləyir. Amma bu iş pərakəndə şəkildə deyil, proqram şəkilində həyata keçirilməlidir. Şəhid ailələrinə və qazilərə kompleks şəkildə psixoloji yardım göstərilməlidir. Əksər mütəxəssislər döyüş əməliyyatları zamanı hərbçilərə yardım etmək istəyi ilə cəbhəyə gedirdilər. Hazırda hərbçilərin, qazilərin və şəhid ailələrinin daha çox psixoloji yardıma ehtiyacı var”.

Ramid İbrahimov

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
Son xəbərlər
Bütün xəbərlər »