Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sputnik V" Azərbaycanda da istehsal oluna bilərmi?- Həkimlərdən açıqlama
Peyvənd - Həkim iynə

"R-Pharma" şirkətinin qurucusu və direktorlar şurasının sədri Aleksey Repik "Rossiya 24" kanalına verdiyi müsahibədə bildirib ki, Rusiya nümayəndə heyəti Azərbaycanla "Sputnik V" peyvəndinin istehsalnı müzakirə edəcək.

"Sputnik V" vaksininin layihəsini müzakirə etmək üçün Azərbaycana gedəcəyik, müzakirələr aparacağıq. Yaxın Şərq, MDB ölkələri və digər dövlətlər də bu layihədə iştirak edə bilərlər", - deyə Repik qeyd edib.

Bizimyol.info-ya açıqlama verən həkim-farmakoloq Müşfiq Hüseynov bildirib ki, bu peyvənd Azərbaycanda istehsal oluna bilməz.

“Bu gün dünyada sınaqdan keçən və tətbiq olunan 4 əsas peyvənd var. “Sputnik V” peyvəndi bu siyahıda yoxdur. Yoxdur, çünki 3 etap sınaqlar ya keçirilmədir, ya da nəticələri ictimaiyyətə açıqlanmadır. Çox qısa müddətdə açıqlanmasına görə, əvvəldən də “Sputnik V” peyvəndinin köhnə koronavirus peyvəndi olduğu şübhələri vardı. Bu gün faktiki olaraq, “Sputnik V” bütün dünyada ancaq “bizdə Covid-19 yoxdur” deyən Şimali Korea kimi ölkəyə satılıb. Hətta Rusiyanın ən yaxın müttəfiqi olan Suriya belə bu peyvəndi almayıb. Peyvənd Azərbaycanda istehsal oluna bilməz. Bunun üçün bizdə heç bir baza yoxdur. Azərbaycanda bütün tarix boyu heç vaxt peyvənd istehsal olunmayıb. “Sputnik V” Azərbaycana gətirilməsi barədə isə açığı nəsə demək çətindir”.

Həkimin sözlərinə görə, hökümət Çindən peyvənd sifariş verib və ilk partiya artıq gələn il ölkəyə gələcək.

“Bu günlərdə xəbər lentində “Azərbaycanda bu peyvəndin testi keçiriləcək” deyə açıqlama gördüm. Nə dərəcədə düzdür, bilmirəm. Amma Azərbaycan Afrikanın “banan respublika”sı deyil ki, mənşəyi naməlum və kliniki effekti təsdiq olunmamış peyvəndi vətəndaşları üzərində sınaqdan keçirtsin. Əgər açıqlanan doğrudursa, hökümət Çindən peyvənd sifariş verib və ilk partiya artıq gələn il ölkəyə gələcək. Bu açıqlama məncə yetərlidir. Hansısa şirkətin rəhbərinin açıqlaması onun şəxsi arzuları da ola bilər”,-deyə bildirib.

Bizimyol.info-ya açıqlama verən Ərəbistanda çalışan soydaşımız, həkim Azər Mustafayev isə bildirib ki, bu peyvəndləri Mikrobiologiya İnisitutunun bazasında istehsal etmək mümkündür.

“Azərbaycanda müəyyən baza var. Bu peyvəndləri Mikrobiologiya İnisitutunun bazasında istehsal edə bilərlər. Təbbi ki, texnalogiyanı ruslar gəlib quraşdırır və istehsalın cüzi bir hissəsi, müəyyən son mərhələləri burada baş tutur. Texnalogiyalar sirli qalmaq şərti ilə onu istehsal etmək mümkündür. Bu farmakologiya praktikasında geniş yayılmışdır.

“Sputnik V” vaksini Azərbaycanda hansısa bir müəssisədə istehsal olunarsa, "R-Pharma" şirkəti gəlib onun maddi, texniki bazasına və mütəxəssislərinə baxış keçirəcək, Hansısa çatışmazlıq olduğu halda onu tamamlayacaq və ya bizə tamamlatdıracaq. Bu təbii ki, müqavilənin şərtlərindən asılı olaraq dəyişir.

Əslində vaksinin istehsal prossesi çox da mürəkkəb bir məsələ deyil. Əsas onun tapılması və texnalogiyanın alınmasıdır”.

Azər Mustafayevin sözlərinə görə, dərmanın keyfiyyəti nə qədər önəm verilirsə, həmin qabın da keyfiyyəti bir o qədər önəmlidir

Camaat lağa qoyur ki, bizim alimlər vaksinin qabını tapıb. Amma bu qabın da çox böyük əhəmiyyəti var. Həmin qabı çətin ki, Azərbaycanda istehsal etmək mümkün olsun. Vaksin üçün olan qablar xüsusi materialdan olur. Dərmanın keyfiyyəti nə qədər önəm verilirsə, həmin qabın da keyfiyyəti bir o qədər önəmlidir”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »