Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Professor: Biz bu virusla yaşamağı öyrənməliyik
Ispaniya - koronavirus

Son günlər Ümumdünya Səhiyyə Təşkilatının koronovirusun yeni ştammı olan SARS-CoV-2-nin yayılması barədə dünya ölkələrinə müraciəti cəmiyyətdə ciddi narahatlığa səbəb olub. İngiltərə Səhiyyə Nazirliyi dekabrın ortalarında mutasiyaya uğradığı aşkar edilən yeni virusun həmişəkindən daha tez yayıldığını bildirib.

Bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ümumi cərrahiyyə şöbəsinin müdiri, tibb elmlər doktoru, professor Mübariz Əliyev deyib.

Klinikanın şöbə müdirinin sözlərinə görə, koronavirusun yeni ştammının yayılma sürətinin də SARS virusunun yayılmasına bənzər olacağı ehtimal olunur. O bir canlı orqanizmdən digərinə keçir və yalnız müəyyən müddət bioloji nəm mühitlərdə qala bilir. Ona görə qorunma vasitəsi kimi tətbiq olunan maska taxılması və məsafənin saxlanılması profilaktikada əsas rol oynayan səbəblərdir. Doğrudur, maska vasitəsilə tam qorunmaq mümkün olmasa da, müəyyən qədər yayılmanın qarşısı alınır. Elə buna görə də hazırda epidemioloji tədbirlərin ən vacibi maskadan istifadə edilməsidir, çünki virus boş səthlərə düşəndə qısa müddətdə məhv olur. Əvvəllər onun iki gün, sonralar iki saat ərzində məhv olduğunu söyləyirdilər, son araşdırmalara görə isə daha tez məhv olur.

Professor daha sonra deyib: “Aparılan vaksinasiya tədbirləri infeksiyanın yayılmasının qarşısını xeyli dərəcədə alacaq. 2001–ci ildə İspaniyada SARS-1-ə yoluxanların əksər hissəsi, bəlkə də hamısı SARS-CoV-2–yə yoluxmadı. Deməli, SARS-2-yə yoluxan xəstənin ikinci dəfə COVID-19-a yoluxma ehtimalı həddindən artıq azdır, lakin mümkündür. Mən öz təcrübəmdə ikinci dəfə COVID-19-a yoluxan xəstə ilə üzləşməmişəm. Lakin bunu heç kəs deyə bilməz ki, bir dəfə yoluxanın təkrar yoluxması mümkün deyil. Əlbəttə, bu ehtimal var, lakin çox azdır. SARS-2 üçün hazırlanan vaksin SARS-3 üçün də səmərəli bir vasitədir. Əslində söhbət heç də SARS-3-dən yox, SARS-2-nin mutasiyasından gedir. Yenə deyirəm, SARS-3 adlı virus yoxdur, lakin gözlənilir. Yəni virus o dərəcədə mutasiyaya uğramalıdr ki, onu SARS-3 adlandıra bilsinlər. Yaradılan vaksin çox böyük ehtimalla həmin virusun aradan qaldırılması üçün səmərəlidir. Ümid etməyə dəyməz ki, bu xəstəlik aradan qalxacaq və ona yoluxma bir də baş verməyəcək. Bu, çiçək xəstəliyi deyil, vəba deyil, taun deyil. Bu, virusdur. Neçə yüz illərdir qrip virusuna qalib gəlmək mümkün deyil, QİÇS-ə, hepatit viruslarına qalib gəlməmişik, koronavirusa da qalib gələ bilməyəcəyik. Söhbət tam və qəti qələbədən gedir. Sadəcə olaraq biz bu virusla yaşamağı öyrənməliyik. Bunun da ən yaxşı yolu vaksinasiyadır.

Nə qədər maksimal dərəcədə qorunmağa çalışsaq da, koronavirus müəyyən yollarla hər bir evə daxil olur. Onun qarşısını almaq tədbirləri hər kəsin özündə olmalıdır, çünki başqa heç bir yolla xəstə axınının qarşısını almaq mümkün deyil. ABŞ, Almaniya, İngiltərə, İtaliya kimi böyük ölkələr də bu qədər xəstə axınının qarşısında duruş gətirə bilmir. İndiyə qədər ölkəmizdə görülən tədbirlər xəstə axınının qarşısını almağa xidmət edirsə, bu, özü də böyük qələbədir”.(azərtac)

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› Baydenin andiçməsindən maraqlı anlar: Klintonun yatması, Senatorun əlcəkləri - Video
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
Son xəbərlər
Bütün xəbərlər »