Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli bildirib ki, pulsuz testlər, xəstəxanalarda yerlər, dərman çatışmazlığı ilə bağlı məsələlər cəmiyyətdə çoxsaylı suallara yol açıb.
“Azərbaycanda testlərin qiyməti MDB-yə üzv ölkələrin xeyli hissəsindən yüksəkdir: Ekspress testləri 20-23 AZN etmək olar. Cəmiyyət tərəfindən müsbət qəbul olunan tibb sahəsindəki şəxslərin köməkliyisahəsində aidiyyəti qurumları da cəlb etməklə Milli Məclisdə dinləmə keçirilməlidir ki, suallara aydınlıq gətirilsin”.
Sədr Sahibə Qafarova isə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova müraciət edərək bildirib ki, bizdə belə dinləmələr keçirilib. Ehtiyac olarsa, belə bir dinləmə keçirilsin.
Güınarə ƏMİRQIZI