Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Foreign Affairs”: “Qarabağda 5 milyon dollarlıq Türkiyə silahı 300 milyon dollarlıq S-300 komplekslərini məhv etdi”
S-400

ABŞ-ın “Foreign Affairs” jurnalı özünün iternet səhifəsində Qarabağda gedən 44 günlük müharibə zamanı Azərbaycan ordusunun pilotsuz sistemləri necə uğurla tətbiq etdiyi haqda yazıb. Məqalədə Azərbaycanın Türkiyədən aldığı “Bayraktar TB2” zərbə pilotsuz təyyarəsinin tətbiqinin müharibənin gedişatına təsiri barədə bəhs edilir.

“5 milyon dollar dəyərindəki Türk silahı (Bayraktar TB-2 zərbə pilotsuz aparatının bazar dəyəri 5 milyon dollardır,-red.) Qarabağda 300 milyon dəyərindəki Rusiya silahını məhv etdi”,-jurnal Qarabağda Ermənistan ordusunun məhv edilmiş və dəyəri 300 milyon dollara yaxın olan S-300 zenit-raket diviziyonuna işarə ilə yazır. Bildirilir ki, Türkiyənin zərbə pilotsuz təyyarələri daha əvvəl Suriya və Liviyadakı hərbi əməliyyatların da gedişini dəyişdirmişdi.

“Azərbaycan müharibə zamanı 1940-cı illərdə istehsal edilmiş yüngül AN-2 təyyarələrini də pilotsuz təyyarə kimi havaya qaldıraraq Ermənistan qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin yerini aşkarladı, daha sonra həmin sistemləri PUA-lar məhv etdi”,-məqalədə bildirilir.

Xatırladaq ki, Azərbaycan ordusunun Qarabağdakı müharibə təcrübəsini dünyanın aparıcı ölkələrinin müdafiə nazirlikləri və hərbi mütəxəssisləri təhlil etməkdədir. Bir çox ölkələr bu təcrübə əsasında silahlanma konsepsiyasını dəyişdirməyə hazırlaşır.(virtualaz.org)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
Son xəbərlər
Bütün xəbərlər »