Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid anası Prezidentə müraciət etdi: “Bizi şərdən qurtarın”
Mütalib Xudiyev - Şəhid

Göyçay rayonu Bəydövül kəndi sakini, şəhid anası Teymurova Həbibə Namaz qızı dövlət başçısı cənab İlham Əliyevə müraciət edərək ailələrinin məruz qaldığı ədalətsizliyin aradan qaldırılması üçün kömək istəyib.O bildirib ki, əri 2014-cü ildə qətldə ittiham olunaraq həbs olunub.Lakin günahını işgəncə altında etiraf edib.Şəhid anası həyat yoldaşının cinayət işinin obyektiv araşdırılmadığını iddia edərək, dövlət başçısından ədalətin bərpa olunmasını xahiş edir.Bizimyol.info şəhid anasının dövlət başçısına mmüraciətinin mətnini təqdim edir:

“Hörmətli Prezident

Mənim oğlum 03 mart 1993-cü il tarixdə anadan olmuş Xudiyev Mütalib Ələsgər oğlu 7 noyabrda Şuşa uğrunda döyüşdə şəhid olub. O ümid edirdi ki, qəhrəmanlıq etsə, şərlənərək zindana atılmış atasını həbsdən çıxara bilər. Biz kasıb, yararsız bir komada yaşayırıq. Həmin ev qəzalıdır uçmaq üzrədir. Ancaq bizə təzə mənzil lazım deyil. Mən şərlərək həbsə atılmış həyat yoldaşımın azadlığa çıxmasını istəyirəm.

Yoldaşım Xudiyev Ələsgər Xudu oğlunu 2014-cü il tarixdə həbs olunub. 14 avqust 2014-cü ilin tarixində Göyçay rayonu Alpoud kəndi sakini Sahib Sabir oğlu Abbasovun qətlini mənim həyat yoldaşım Ələsgər Xudu oğlu Xudiyevin boynuna işgəncə ilə qoyublar. 22 avqust 2014-cü il tarixdə Sahib Abbasovun Göyçay rayonu Alpoud kəndində yolun kənarında qətlə yetirilmiş meydi tapılır. Elə həmin günü mənim həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlunu Göyçay Rayon Polis Şöbəsinə aparıb 1 həftə saxlayıb sərbəst buraxırlar. Həmin vaxt mərhum Sahib Abbasovun yoldaşıma məxsus qanunu ov tüfəngdən açılan atəşlə öldürülmədiyi ekspertiza rəyi ilə subut olunmuşdur. 4 ay sonra heç bir qanunu əsas olmadan həyat yoldaşım Xudiyev Ələsgəri Göyçay Rayon Polis Şöbəsinə aparıb ağır işgəncə verib özlərinin tərtib etdikləri yalan ifadələrə imza etməyə məcbur ediblər. Həyat yoldaşıma olmazın işgəncəsini veriblər. Onu ağır dözülməz işgəncə altında yalan ifadələrə imza etdirib törətmədiyi ağır cinayəti boynuna qoyublar.

Bizim mərhum Sahib Abbasovla heç bir ədavətimiz , düşmənçiliyimiz və qərəzçiliyimiz olmayıb. Mərhum Sahib Abbasova məxsus Göyçay rayonu Alpoud kəndində yerləşən çörək bişirmə sexində həyat yoldaşım və mən cəmi 4 gün işləmişik. Çörək satılmadığı üçün işlədiyimiz 4-cü gün Sahib Abbasov bizə bildirdi ki, sabah işə gəlməzsiniz çörək yığılıb qalıb lazım olsa özüm sizə zəng edəcəm. Heç bir narazılıq, qərəzçilik olmayıb. Guya mərhum Sahib Abbasov bizi işlədib pulumuzu vermədiyi üçün ondan qisas almaq məqsədi ilə həyat yoldaşım Ələsgər Xudiyev özünə məxsus yox başqa şəxsə məxsus silahla onu qətlə yetirib.

Həyat yoldaşım Xudiyev Ələsgər Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 120.1 və 229.1-ci maddələri ilə təqsirli bilinib 13 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilib.Cəzasını hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.

Hörmətli Prezident ! Sizdən xahiş edirəm, bu cinayət işinin obyektiv araşdırılıb , həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlunun adından bu qara ləkənin çıxarılmasına bizə köməklik göstərəsiniz.

Əlaqə telefonu;051 441-82-13”.

İlhamə

Həbibə Teymurova

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
Son xəbərlər
Bütün xəbərlər »