Siyəzəndə köşk, Ağdaşda mağaza yanıb.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Siyəzən rayonunun Məşrif kəndində ümumi sahəsi 30 m² olan dəmir konstruksiyadan ibarət köşkün (ofis və yeməkxana kimi fəaliyyət göstərir) içərisinə yığılan əşyalar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağdaş rayonunda baş vermiş yanğında isə, ümumi sahəsi 204 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 24 m² olan mağazanın lambirindən ibarət tavanı və içərisində 1 ədəd kondisioner yanıb.
Tikilinin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.