Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
40-dan çox ölkə Böyük Britaniyaya uçuşları dayandırıb
Təyyarə

40-dan çox ölkə Böyük Britaniyaya uçuşları dayandırıb.

Bizimyol.info xəbər verir ki, Krallıqda koronavirusun yeni növünün yayılmasından sonra Fransa, Belçika, Almaniya, Danimarka, Avstriya, İtaliya, Bolqarıstan, Çexiya , Rumınıya, İsveç, Estoniya, Litva, Latviya , Kanada, Küveyt, Səudiyyə Ərəbistan, Salvador, Rusiya və Hollandiya kimi ölkələr Britaniyaya olan uçuşları dayandırıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropadakı üzv ölkələrə tədbirləri artırmağı məsləhət görüb.

Fransa Britaniya ilə sərhədini 48 saatlıq bağlayıb, bu müddət ərzində uçuşlardan başqa, Dover limanından da heç bir yük maşını və ya gəmi çıxa bilməz.

Baş nazir Boris Conson, Fransa prezidenti Emmanuel Makron ilə aralarında danışıq olduğunu və hər iki tərəfin də problemi ən qısa müddətdə həll etmək istədiklərini söyləyib. Həmçinin hökumətin fövqəladə hallar komitəsinin iclasına rəhbərlik edən Baş nazir ticarət axınında heç bir problemin yaşanmaması üçün çalışdıqlarını bildirib.

Qeyd edək ki, yeni mutasiya və ölkənin cənub-şərqində və Londonda sürətlə yayılıb. Yeni növ koronovirusun əvvəlkindən 70 faiz daha yoluxucu olduğunu müəyyənləşib.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
Son xəbərlər
Bütün xəbərlər »