Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Artıq ödənilmiş əmək pensiyasından tutulmalara dair qayda dəyişir
Bankomat, pensiya, maaş

Əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

APA-nın məlumatına görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.

Qüvvədə olan qanuna görə, əmək pensiyaçısı vəfat etdikdə, əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda və qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda həmin halların yarandığı gündən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi dayandırılır. Dəyişikliyə əsasən, artıq bu hallarda əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi həmin halların yarandığı gündən deyil, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılacaq.

Qüvvədə olan qanuna əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. Təklif olunan dəyişikliyə əsasən isə, artıq həmin əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyasına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda tam məbləğdə tutulacaq. Bu iki hal zamanı isə qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğin əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmaması ilə bağlı şərt nəzərə alınmalıdır.

Milli Məclisdə qəbul olunacağı təqdirdə bu qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »