İsrail dekabrın 23-dən etibarən xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Baş Naziri Binyamin Netanyahu bildirib. Onun sözlərinə görə, son 48 saat ərzində ölkəyə qayıdanlar isə yeni növ koronavirusla əlaqədar olaraq məcburi karantinə alınacaqlar:
“Xarici vətəndaşlar ölkəyə daxil ola bilməyəcəklər. İstisna hal diplomatlara aiddir. Bu andan etibarən 48 saat ərzində ölkəyə qayıdanlar xüsusi mərkəzlərdə karantində saxlanılacaqlar”.