Tibb mütəxəssisləri sosial məsafənin, maskanın faydasından çox danışır.
Amma maskaların heç də hamısı keyfiyyətli deyil. Bu istiqamətdə də xeyli yeniliklər baş verir.
Bizimyol.info xəbər verir ki, ABŞ-da elektrikli maska satışa çıxıb. Maska xeyli bahalıdır, amma faydalı olmasına şübhə yoxdur. Satışa 70 dollara çıxarılıb. Bir maskanı 3 ilə qədər istifadə etmək mümkündür.
“UlstramasxUltraOne Fan Mask”ın üstünlükləri çoxdur. Məsələn, bu maska ən xırda zərərli hissəcikləri də yaxına buraxmır. Havada asılı qalan damlaların 99.7 faizinin ağıza düşməsinə imkan vermir.