Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ-nin Dərman Agentliyi "BionTech"-"Pfitzer"in hazırldağı peyvəndin istifadəsini təsdiqləyib
Vaksin - peyvənd

Avropa İttifaqının (Aİ) Dərman Agentliyi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı "BionTech"-"Pftizer"in birgə hazırladığı peyvəndin istifadəsini təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Dərman Agentliyinin baş direktoru Emer Kok mətbuat konfransında bildirib.

“Bu, elm adamları, sənaye, tənzimləyicilər, səhiyyə işçiləri və dünyadakı xəstələr arasında misilsiz səfərbərlik və məlumat mübadiləsinin nəticəsidir. COVID-19 peyvəndinin yoxlanılıb qiymətləndirilməsində iştirak edən Avropa İttifaqına bütün üzv dövlətlərdən cəlb olunan çox sayda mütəxəssisin və Agentlikdəki həmkarlarımın pərdə arxasındakı yorulmaz əməyini vurğulamaq istəyirəm. Dərman Agentliyinin elmi qiymətləndirməsi peyvəndin təhlükəsizliyi, keyfiyyəti və effektivliyinə dair elmi dəlillərin gücünə əsaslanır. Dəlillər inandırıcı şəkildə göstərir ki, peyvəndin faydaları onun risklərindən daha böyükdür”, - deyə baş direktor qeyd edib.

Xatırladaq ki Avropa Komissiyasının prezidenti Ursula von der Leyen dekabrın 27-dən etibarən Aİ ölkələrində peyvəndləmə kampaniyasının başlayacağını bildirib.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »